İsrail Türkiyə Silahlı Qüvvələrinin təyyarəsini vurub? Nazirlik hərəkətə keçdi


Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Azərbaycandan qayıdarkən qəzaya uğrayan C-130 hərbi nəqliyyat təyyarəsi ilə bağlı yayılan iddialara dair yazılı açıqlama verib.

Turkustan.az xəbər verir ki, açıqlamada bildirilib ki, Vətən Partiyasının üzvü Doğu Perinçekin ictimaiyyətə səsləndirdiyi fikirlərdən sonra hüquqi prosedurlar başladılıb.

Nazirlik vurğulayıb ki, hadisə ilə bağlı dərhal texniki araşdırmaya start verilib və bu proses bütün aspektlər üzrə diqqətlə və hərtərəfli şəkildə aparılır.

Bəyanatda qeyd olunub:
“Qəzaya uğrayan C-130 təyyarəmizlə bağlı dərhal başladılan texniki araşdırma hərtərəfli və dəqiqliklə davam etdirilir.”

MSB həmçinin bildirib ki, araşdırma başa çatdıqdan sonra hazırlanacaq yekun hesabat ictimaiyyətlə paylaşılacaq və prosesin nəticələri şəffaf şəkildə açıqlanacaq.

Açıqlamada əlavə olaraq qeyd edilib ki, bəzi siyasi açıqlamalar ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır. Nazirlik bu cür iddiaların konkret sübutlara əsaslanmadığını, Türkiyə Silahlı Qüvvələrinin nüfuzuna xələl gətirməyi və rəsmi məlumatları təhrif etməyi hədəflədiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ