“Müdafiə Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunudur”.
Primeinfo.az xəbər verir ki, bu barədə Britaniya səfiri Fergus Auld “X”-də bildirib.
O, Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə birlikdə Azərbaycan Prezidenti ilə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnunluğunu ifadə edib:
“Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur”.