Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə X sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm – buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi – red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, – N.Paşinyan yazıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ