Sülhün imzalanması hər şeyin bitdiyi demək deyil - Mirzoyan


Bəziləri deyirlər ki, Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub, amma çoxlu problemlər görürük, ona görə də sizin sülhünüz yaxşı sülh deyil.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan söyləyib.

“Bir daha deyirəm: biz hələ yolun başlanğıcındayıq. Sülh uzun prosesdir, sülh qayğı və diqqət, deyilən hər bir söz baxımından ehtiyatlılıq tələb edir. İki xalq arasında qanlı tarixin olduğunu da inkar edə bilmərik”, - xarici işlər naziri vurğulayıb.

Onun sözlərinə görə, sülh heç vaxt dost ölkələr arasında deyil, yalnız əvvəllər münaqişəsi olan ölkələr arasında bərqərar olur.

Mirzoyan qeyd edib, yaxın vaxtlarda sülh müqaviləsi imzalansa belə, hər şeyin bitdiyini demək çətin olacaq:

“Çox sadə dillə deyim: hələ ki, tərəflər bir-birinə atəş açmır, eskalasiya riski sıfıra doğru gedir, qaynar münaqişə riski minimaldır, amma hələ də bir çox problemlər qalmaqdadır”.


MANŞET XƏBƏRLƏRİ