Rusiya narahatdır: "Bakı Ukraynaya hərbi yardım edə bilər"


“ŞƏT sammiti çərçivəsində Vladimir Putinin İlham Əliyevə uzatdığı əl Moskvanın Bakı ilə dialoqa açıq olduğunu göstərir. Son aylarda Rusiya və Azərbaycan arasında münasibətlər gərginləşib, Azərbaycan rəsmiləri Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı bir sıra sərt bəyanatlarla çıxış ediblər”.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Yuri Knutov deyib.

Ekspert Azərbaycanın Ukraynaya hərbi yardım göstərmə ehtimalı ilə bağlı narahatlığını ifadə edib:

Bakupost.az

“Ukrayna Hərbi Hava Qüvvələri təcili şəkildə təyyarələrə ehtiyac duyur. Məsələ ondadır ki, qarşı tərəfdə Rusiya istehsalı olan universal planlaşdırma və korreksiya modulları əsasında hazırlanmış, 60 kilometr məsafəyə qədər hərəkət edə bilən bombalar peyda olub. Lakin bu bombaları daşıya biləcək kifayət qədər təyyarə yoxdur. Bu rolu isə, o cümlədən, MiQ-29-lar oynaya bilər. Əgər Bakı bu texnikanı Ukrayna Silahlı Qüvvələrinə vermək qərarına gəlsə, bu, yalnız Kiyevin xeyrinə olar. Üstəlik, Azərbaycan bu qırıcı təyyarələri vaxtilə məhz Ukraynadan almışdı. İndi isə bu təyyarələri Amerika istehsalı olan F-16-larla əvəz etməkdə maraqlıdır. Bu səbəbdən MiQ-29-ları Ukraynaya qaytara bilərlər”.


MANŞET XƏBƏRLƏRİ