Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət olunublar.
Bu barədə ümə günü Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin bildirib.
Turkustan.az xəbər verir ki, məlumat I “Sinxua” agentliyi yayıb.
Liu Binin sözlərinə görə, Çin beşinci dəfə ŞƏT sammitinə ev sahibliyi edəcək ki, bu da təşkilatın yaranmasından bəri ən böyük tədbirdir.
Sammitə dəvət olunan xarici liderlər arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Şahbaz Şərif və s. var.
Ermənistan Baş nazirinin mətbuat xidməti Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyini təsdiqləyib. /Cebheinfo.az/