“NATO və Avropa İttifaqının (Aİ) siyasəti 2026-cı ildə hərbi əməliyyatların davam etdirilməsi üçün real şərtlər yaradır”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Andrey Belousov deyib.
“Biz Avropa liderləri və Kiyev rejiminin münaqişənin sülh yolu ilə həlli məsələsindən yayınmaq cəhdlərini görürük. Onlar Rusiyanı zəiflətmək ümidi ilə bunu uzadırlar.
Eyni zamanda, NATO-nun birləşmiş silahlı qüvvələri 1930-cu illərin əvvəlində Rusiya ilə qarşıdurmaya hazırlıqlarını sürətləndirməyə başlayıb. Bu siyasət gələn il, 2026-cı ildə hərbi əməliyyatların davam etdirilməsi üçün real ilkin şərtlər yaradır”, – o bildirib. (globalinfo)