Rusiya prezidenti Vladimir Putin Avropadakı insanların Rusiya ilə münaqişə qorxusu ilə "təşviq edildiyini" bildirib və əlavə edib: "Mən bunu əvvəllər dəfələrlə demişəm, bu, yalan və cəfəngiyatdır. Amma bu, tamamilə qəsdən edilir".
Turkustan.az xəbər verir ki, Putin paytaxt Moskvada Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə keçirilən geniş iclasda çıxış edib.
Putin Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatının" məqsədlərinə çatacağını bildirib və əlavə edib: "Biz münaqişənin kök səbəblərini diplomatiya yolu ilə aradan qaldırmağa üstünlük veririk. Lakin düşmən və onun xarici tərəfdarları konkret danışıqlardan imtina etsələr, Rusiya tarixi ərazilərini hərbi yolla azad edəcək".
Putin 2025-ci ilin Rusiya ordusunun Ukraynadakı fəaliyyəti üçün "dönüş nöqtəsi" olacağını bildirərək, bütün cəbhə xətti boyunca strateji təşəbbüsü ələ keçirdiklərini bildirib.
Putin bildirib ki, "Oreshnik" ballistik raket sistemləri ilin sonuna qədər döyüş xidmətinə veriləcək, "Burevestnik" və "Poseidon" raket sistemləri isə uzun müddət "unikal və təkrarolunmaz silah sistemləri" olaraq qalacaq.
Aytən Yaşar/ Turkustan.az