Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” tədbirlər silsiləsi çərçivəsində oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq oxucuların sərgiləri mütəmadi təşkil olunur.
Bu gün, 17 dekabr tarixində Mərkəzi Kitabxananın Fəxri oxucusu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırımın Yeni il mövzusunda əl işlərinin sərgisi açıldı. Sərgidə yazıçının 9 adda əl işi nümayiş olunur: “Qar kraliçası” (H.X.Andersen), “Laplandiyadan gələn Santa Klaus”, “Qarlı qışda sülh göyərçinlərinin isti yuvalarında eşqi”, “2026-cı il “At ili”nin simvolu”, “Qışın simvolu maral”, “Hədiyyələrlə dolu Yeni il çəkməsi”, “Yeni ildə Ay”, “Saç üçün hərəkətli muncuqlu çənbərlər”, “Nallı zınqırov”, habelə balaca cırtdanlar, yolka oyuncaqları nümayiş olunur. Sərgidə yazıçının 30 əl işi nümayiş olunur.
Oxucular yazıçı Şəhzadə İldırımı gözəl səsli hekayələrindən tanıyır.
Sərgi bir ay nümayiş olunacaq.