Ermənistan parlamenti ikinci və sonuncu oxunuşda "Milli Təhlükəsizlik Orqanları haqqında" qanuna xarici əks-kəşfiyyat xidmətinin yaradılmasını nəzərdə tutan düzəlişləri böyük səs çoxluğu ilə qəbul edib.
Turkustan.az xəbər verir ki, qurum Respublikanın Milli Təhlükəsizlik Xidmətinin nəzdində yaradılacaq. Layihə 2022-ci ilin dekabrında yaradılmış Xarici Kəşfiyyat Xidməti ilə Milli Təhlükəsizlik Xidməti arasında funksiyaların bölüşdürülməsindən sonra qəbul edilib. Yeni bölmənin vəzifələrinə Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi də daxil olacaq.
Xatırladaq ki, Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabr ayında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və Kristine Qriqoryan (Ermənistanın keçmiş ombudsmanı) onun rəhbəri təyin edilib./publika.az