Zəngəzur coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır


Türkiyə baxımından Zəngəzur Orta Dəhlizin əsas damarıdır. Bakıdan Naxçıvana, oradan Qarsa, Ankaraya və İstanbul üzərindən Avropaya uzanan bu xətt, Çindən Londona qədər fasiləsiz ticarət, enerji və logistika şəbəkəsi deməkdir. Bundan əlavə, bu, Türk Dövlətləri Təşkilatının inteqrasiya olunmuş iqtisadi-siyasi blok halına gəlməsinin infrastruktur dayağıdır.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Güngör Yavuzaslan bildirib.

“Ankara bu xətti yalnız logistika marşrutu deyil, Türk dünyasının onurğa sütunu kimi görür. Bu baxışın özündə üç əsas sütun, iqtisadi inteqrasiya, mədəni-siyasi birləşmə, eləcə də təhlükəsizlik və müdafiəni birləşdirir.

Bu gün Zəngəzur artıq bir coğrafiya deyil, gələcəyin dizaynının kod adıdır. Bu kodu düzgün oxuyanlar təkcə Qafqazı deyil, Avrasiyanın ürəyini də idarə edəcək”, - ekspert vurğulayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ