Nikol (Ermənistanın Baş naziri – red.) Dağlıq Qarabağı təslim edib, həzm edib, indi də Süniki (Zəngəzur) təslim edəcək və bu templə bunu da həzm edəcək”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan avqustun 5-də jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, “həqiqəti gizlətmək üçün” autsorsinq və digər bu kimi yeni formulalardan istifadə olunur.
Aşotyan ayağındakı qolbaqı göstərərək, onda dinləmə qurğusunun quraşdırılmasından şübhələndiyini bildirib. "Mənə qarşı qoyulan məhdudiyyətlər hələ də qüvvədədir, məhkəmə farsları bitənə qədər azadlıq natamamdır.
Ən böyük məhdudiyyət mənim ölkədən çıxışıma qadağa qoyulması ilə bağlıdır. Bu, mənim fəaliyyətimə və partiyamızın ölkədən kənarda fəaliyyətinə mane olur. Bu məhdudiyyət hələ 2022-ci ilin noyabrında tətbiq edilib. Bundan beynəlxalq tərəfdaşların da xəbəri var", - deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, Aşotyan 2023-cü il iyunun 16-da həbs edilib. Daha sonra onun barəsində ev dustaqlığı növündə həbs qətimkan tədbiri seçilib. 2025-ci il avqustun əvvəlində ev dustaqlığı inzibati nəzarətlə əvəz edilib. Aşotyan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.
O və İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Nərimanyan universitetin təxminən 100 min dollar dəyərində əmlakını mənimsəməkdə, həmçinin “Tsovasar” otel kompleksinin kotteclərini baha qiymətə almaqda ittiham olunurlar. /cebheinfo.az/