Neftin qiymətinin “daha 10 dollar/barel” azalması Rusiyanı Ukraynadakı döyüşləri dayandırmağa məcbur edə bilər.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp deyib.
"Neftin bir barreli daha 10 dollar ucuzlaşarsa, Vladimir Putinin seçimi qalmayacaq. Rusiyada iqtisadiyyat onsuz da ağır vəziyyətdədir", - Tramp CNBC News-a deyib.
O, həmçinin 24 saat ərzində Hindistanın Rusiya neftini aldığı üçün tarifləri “çox əhəmiyyətli dərəcədə” artıracağını açıqlayıb və blokun Amerika iqtisadiyyatına sərmayə qoymaq üzrə öhdəliklərini yerinə yetirməməsi halında Aİ-yə 35 faizlik tariflər tətbiq edəcəyini vəd edib.
Aytən Yaşar/ Turkustan.az