“Velosiped Hər Kəs Üçün!” layihəsi nəzəri və maarifləndirici sessiyalarla başladı - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il Qrant Müsabiqəsinin qalibi olmuş Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Velosiped Hər Kəs Üçün!” layihəsi öz rəsmi açılış mərasimindən sonra ilk fəaliyyət günü ilə davam etdi.

QHT.az xəbər verir ki, layihənin ilk mərhələsində nəzəri və maarifləndirici sessiyalar təşkil olundu. İştirakçılara:

- velosiped idmanının sağlamlıq və reabilitasiya baxımından əhəmiyyəti,

- əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmış velosiped imkanları,

- inklüziv idmanın rolu və velosiped qorxusunun aradan qaldırılması yolları

haqqında ətraflı məlumat verildi.

Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri Amid Həsənquliyev iştirakçılarla inklüzivlik, əlçatanlıq və “Paravelosiped” idmanı barədə dəyərli fikirlərini bölüşdü. Tədbir boyunca emosional və ilhamverici videoçarxlar və slaydlar nümayiş olundu.

Sessiyalar çərçivəsində iştirakçılar Respublika Velotrekində yerləşən Velosiped Muzeyi ilə tanış olaraq, ölkəmizdə velosiped idmanının tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat əldə etdilər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə, Respublika Velotrekinin rəhbərliyinə, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin rəhbərliyinə göstərdikləri dəstək və yaradılan yüksək şərait üçün xüsusi təşəkkür bildirilib.


MANŞET XƏBƏRLƏRİ