Netanyahu atəşkəs təklifini rədd etdi: Məhbusların həyatı təhlükədə


İsrail mediası bildirib ki, Qəzzada yekun atəşkəs razılaşması zamanı İsrailin siyasi və təhlükəsizlik rəsmiləri arasında gizli görüş zamanı baş nazir Benyamin Netanyahu həm bütün məhbusların azad edilməsinə, həm də atəşkəsə səbəb olacaq təklifləri rədd edib.

Turkustan.az xəbər verir ki, İsrailin Kanal 13 televiziyası İsrail təhlükəsizlik rəsmilərinin toplantıda məhbusları azad edəcək və Qəzzada döyüşləri dayandıracaq hərtərəfli razılaşmanı dəstəklədiyini, lakin Baş nazir Benyamin Netanyahunun bunu rədd etdiyini göstərən sənədləri yayımlayıb.

Kanalın əldə etdiyi protokollar açıq şəkildə göstərir ki, təhlükəsizlik və kəşfiyyat qurumlarının rəhbərləri o zaman hərtərəfli razılığın əldə oluna biləcəyinə və lazım gələrsə müharibənin bərpa oluna biləcəyinə inanırdılar, lakin Netanyahu bunu rədd edib.

Protokollara görə, bütün İsrail rəhbərliyi humanitar məsələlərdə təzyiqin HƏMAS-ı təslim olmağa məcbur edəcəyini güman etməklə səhv edib.

Beş ay sonra İsrailin Qəzzaya yardım axınına münasibəti HƏMAS-a heç bir təsir göstərmədi, eyni zamanda Təl-Əvivin beynəlxalq nüfuzuna ciddi zərbə vurdu.

Hesabatda deyilir ki, İsrail təhlükəsizlik rəsmilərinin əksəriyyəti məhbusların azad edilməsi və Qəzzada hərbi əməliyyatların dayandırılmasını ehtiva edən hərtərəfli razılaşmanı dəstəkləyir.

Lakin bunun baş verməsi üçün HƏMAS ilə razılaşmanın ikinci mərhələsinin, yəni münaqişənin sona çatması üçün şərtlərin müzakirəsinin zəruri olduğu bildirilib. Buna baxmayaraq, Netanyahunun rəhbərlik etdiyi siyasi rəhbərliyin bu təklifi rədd etdiyi vurğulanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ