İranda nə baş verir? - Dövlət idarələri və banklar bağlandı


İranda son günlər müşahidə olunan şiddətli istilər və su çatışmazlığı səbəbindən hökumət bəzi dövlət qurumlarının fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Turkustan.az xəbər verir ki, Tehran da daxil olmaqla bir neçə vilayətdə dövlət idarələri və banklar bağlanıb.

Hazırda yalnız tibb müəssisələri, bəzi özəl şirkətlər və məhdud sayda bank şöbələri fəaliyyətini davam etdirir.

İran Meteorologiya Xidmətinin proqnozlarına əsasən, bu həftə ölkənin bəzi bölgələrində hava temperaturu +50°C-yə qədər yüksələ bilər.

Ekstremal hava şəraiti ölkədə enerji və su resurslarının tükənməsi fonunda ciddi narahatlıq yaradıb. Hakimiyyət vətəndaşları ehtiyatlı olmağa və mümkün qədər açıq havada uzun müddət qalmamağa çağırıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ