Tramp və Zelenski arasında kritik söhbət: Sülh və sanksiyalar gündəmdə


ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenski arasında kritik telefon danışığı olub.

Turkustan.az xəbər verir ki, Trampın Rusiya lideri Putinlə fikir ayrılığından sonra Rusiya siyasətini dəyişməsindən sonra yaxınlaşan Vaşinqton və Kiyev ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyaları müzakirə etdiklərini bildiriblər.

Ukrayna lideri Zelenski bildirib ki, Ukrayna ABŞ ilə pilotsuz təyyarələrlə bağlı saziş layihəsi hazırlayıb və bu layihəni ətraflı müzakirə edib yekunlaşdırmağa hazırdırlar.

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığında Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə etdiklərini açıqlayıb.
Zelenski Telegram hesabında ABŞ prezidenti Trampla telefon danışığı apardığını bildirib.

Müharibə ilə bağlı inkişafları müzakirə etdiklərini bildirən Zelenski, "Prezident Trampla məhsuldar görüş keçirdim. Təbii ki, önəmli olan müharibəni bitirməkdir" dedi.

Zelenski, Trampa qalıcı və ədalətli sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür edərək, "Qətllər həqiqətən də dərhal dayandırılmalıdır və biz bunu tam dəstəkləyirik. Ruslar bunu sürükləməsəydilər, bəlkə də aylarla müharibə olmayacaqdı" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ