ABŞ Müdafiə Kəşfiyyat İdarəsi son illər Rusiyanın Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını bildirib.
Turkustan.az xəbər verir ki, Agentliyin qlobal təhlükələrlə bağlı son hesabatında Rusiyanın Gürcüstanı öz təsir dairəsinə qaytarmağa nail olduğu bildirilib.
Qeyd edilib ki, “Gürcü Arzusu” partiyasının rəhbərlik etdiyi hökumət, xüsusən ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verən şərait yaradıb.
Məlumata görə, ötən il Rusiya ilə Ermənistan arasında münasibətlər gərgin olaraq qalıb və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sənəddə həmçinin bildirilir ki, Rusiya erməni demokratiyasını və onun daha çox qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib.
Hesabatda Rusiyanın Azərbaycanla münasibətlərinə dair heç bir qiymətləndirmə yoxdur. /axar.az/