Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq müqaviləsi təsdiq edilib.
Turkustan.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə aparılıb.
İclasın gündəliyinə daxil edilmiş "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" müqavilənin təsdiq edilməsi müzakirəyə çıxarılıb.
Bundan əlavə, "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də deputatların müzakirələrinə təqdim olunub.
Hər iki qərar səsə qoyularaq qəbul olunub. (modern.az)