Bakıda verilən bu hədiyyə Mahsun Kırmızıgülü ağlatdı - FOTO


Xəbər verdiyimiz kimi Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül 2 gün ardıcıl Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Turkustan.az xəbər verir ki, məşhur sənətçini 2 gündə təxminən 20 min pərəstişkarı izləyib. Sevilən mahnıları ilə onlara unudulmaz gecə yaşadan Kırmızıgülə konsertin sonunda maraqlı hədiyyə təqdim olunub. Fanatlarından biri müğənninin yağlı boya ilə çəkdiyi portretini ona hədiyyə edib. Hədiyyəni görən Kırmızıgül göz yaşlarını saxlaya bilməyib.

“Bu hədiyyədən çox təsirləndim, aldığım ən gözəl hədiyyələrdən biri oldu", - deyən müğənni kövrək anlar yaşayıb.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ