"Rouz"u xilas edən qapı BU QİYMƏTƏ SATILDI


“Titanik” filmində "Rouz"un həyatını xilas edən qapı hərraca çıxarılıb.

Turkustan.az bildirir ki, sözügedən əşya 718 min dollara satılıb.

Bundan əlavə, filmin final səhnəsində Keyt Uinsletin geyindiyi şifon don 125 min dollara alınıb. Hərracda alıcı tapan digər əşyalar arasında Harrison Fordun istifadə etdiyi qamçı (525 min dollar), Tobey Maquerin "Hörümçək adam 3" filmindəki qara kostyumu (125 min dollar) və Ueyn Naytın “Jurassic Park” filmində istifadə etdiyi krem qutusu (250 min dollar) daxildir. /sfera.az/


MANŞET XƏBƏRLƏRİ