“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin növbəti tədbiri Saatlı şəhərində həyata keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində növbəti maarifləndirmə və məlumatlandırma tədbiri Saatlı şəhərində keçirilib.

Saatlı şəhərində bu mövzuda keçirilən ikinci tədbirdə iştirakçılara müəyyən bilik və məlumatlar verilib. Tədbirlərin moderator “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli idi. Tədbirdə Saatlı RİH-nin nümayəndəsi Aqşin Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb.

Ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli WUF-13-ün nəticələri, əsas rəsmi beynəlxalq sənədlər və perspektivlər, “Ətraf mühit, iqlim və mənzil siyasəti arasındakı əlaqə" və s. mövzularında məruzə edərək, ətraflı məlumat veriblər.

İştirakçıların çoxsaylı sualları cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb. Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirib.

Tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş çoxlu sayda bukletlər paylanıb. Bu bukletlər, əsasən, əhali arasında paylanmaq üçün nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ