Ukrayna Prezidenti Volodimir Zelenski ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında hədələşmə davam edir.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin Belarusdakı Ukrayna ərazisini izləyən qurğuları vuracaqları ilə bağlı hədəsinə cavab olaraq Lukaşenko ölkəsinin qorunmaq üçün hər cür imkana malik olduğunu bildirib.
Zelenskinin hədələməsindən sonra çıxış edən Lukaşenko ölkənin əhalisini qorumaq üçün lazım olan hər şeyə sahib olduğunu vurğulayıb. Bundan əlavə, Lukaşenko qeyd edib ki, ölkəsi istənilən təcavüzkarı tamamilə dəf edə biləcək gücə malikdir. /bakupost.az/