Volodimir Zelenski Polşada keçiriləcək Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransda iştirak etməyəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Polşanın “Polsat News” nəşri məlumat yayıb.
Məlumata görə, iyunun 25-26-da Qdansk şəhərində keçiriləcək tədbirdə Ukraynanı prezident deyil, ölkənin baş naziri Yuliya Svırıdenko təmsil edəcək.
Nəşr iddia edir ki, Zelenskinin konfransa qatılmaması Varşava ilə Kiyev arasında yaranan fikir ayrılıqları fonunda baş verir. Yuliya Svırıdenko da Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Qdanskda keçiriləcək konfrans Ukraynanın müharibədən sonrakı bərpası, investisiya imkanları və beynəlxalq əməkdaşlıq məsələlərinə həsr olunub. /Globalinfo.az/