Putin: Rusiya sülh danışıqlarına hazırdır


Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqlarını bərpa etməyə hazır olduğunu bəyan edib.

Turkustan.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən Putin bildirib ki, mümkün danışıqların əsası 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna görüşləri zamanı əldə olunan razılaşmalara söykənməlidir.

Onun sözlərinə görə, gələcək diplomatik təşəbbüslər həm həmin danışıqlarda formalaşmış prinsipləri, həm də sonrakı dövrdə yaranmış reallıqları nəzərə almalıdır.

Putin qeyd edib ki, danışıqlar prosesində 2024-cü ilin iyununda irəli sürdüyü təşəbbüslər və sonrakı diplomatik təmaslar çərçivəsində müzakirə olunan məsələlər də nəzərə alınmalıdır.

Rusiya lideri Ukrayna münaqişəsinin siyasi-diplomatik yollarla həllinin mümkün olduğunu vurğulayaraq, Moskvanın bu istiqamətdə dialoqa açıq olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ