ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə ən yüksək səviyyədə nüvə yoxlamalarına tam və birmənalı şəkildə razılıq verdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus Truth Social platformasında paylaşım edib. O, həmçinin qeyd edib ki, bu şərtlərin qəbul edilməsindən sonra İrana tətbiq olunan dəniz blokadasını ləğv etmək qərarına gəlib.
Prezident paylaşımında bəzi media qurumlarını tənqid edərək, ABŞ-ın əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışdıqlarını iddia edib.
“Bütün etirazlara və əksinə səslənən iddialara baxmayaraq, İran uzunmüddətli perspektivdə, hətta daimi olaraq, ən yüksək səviyyəli nüvə yoxlamalarını tam şəkildə qəbul edib”, – deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, bu razılaşma İranın nüvə fəaliyyətlərinin şəffaflığını təmin etməyə və “nüvə bütövlüyünə” zəmanət verməyə xidmət edəcək.
Tramp vurğulayıb ki, əgər Tehran belə bir şərti qəbul etməsəydi, tərəflər arasında hər hansı yeni danışıqların aparılması mümkün olmayacaqdı.
Aytən Yaşar/ Turkustan.az