Boris Pistorius: Biz altı ili boşa sərf etdik


Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi Rusiyanın Krımı işğalı zamanı hərəkətsizliyi səbəbindən silahlı qüvvələrin təchizatı və mülki-hərbi müdafiə baxımından altı il itirib.

Turkustan.az xəbər verir ki, Berlin-Brandenburq Elmlər Akademiyasında Helmut Şmidt Fondu tərəfindən təşkil edilən tədbirdə çıxış edən Pistorius deyib: "Krım işğal ediləndə biz düşünürdük ki, 'Keçəcək, birisi gün hər şey yaxşı olacaq və biz yolumuza davam edəcəyik.' Bir növ həyəcan siqnalı eşitdik, amma mürgüləmə düyməsini basdıq və yenidən yatmağa getdik. Bu, mülki-hərbi müdafiə, sosial həmrəylik, ortaq düşüncə tərzi və silahlı qüvvələrimizin təchizatı baxımından itirdiyimiz altı ildir."

Skandinaviya ölkələrinə gündəlik həyatda daha çox dayanıqlılıq təmin etmək üçün mülki-hərbi əməkdaşlığın necə tətbiq oluna biləcəyinə toxunan Pistorius dedi: "Bəli, Skandinaviya ölkələri altı il qabaqdadır. Niyə? Çünki 2014-cü ildə Polşa və Baltikyanı ölkələr kimi, onlar da Krım işğal edildikdə həyəcan təbili çaldılar, ayağa qalxdılar və hərəkətə keçdilər",

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ