“İran gələcək illər ərzində nüvə obyektlərində yoxlamalara qeyd-şərtsiz razılıq verib”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
“İran uzun illər üçün (əbədi olaraq) ən yüksək səviyyəli nüvə yoxlamalarına tam və qeyd-şərtsiz razılıq verib. Bu yoxlamalar nüvə sahəsində dürüstlüyü təmin edəcək. Əgər onlar buna razılaşmasaydılar, heç bir əlavə danışıq aparılmazdı”, - o bildirib./teleqraf