Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın İran bayrağı altında üzən və ABŞ hərbçiləri tərəfindən saxlanılan gəminin Çindən “hədiyyə” daşıması haqda iddialarını təkzib edib.
Turkustan.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun jurnalistlərə bildirib.
“Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıqlayıb. Bir daha vurğulamaq istəyirəm ki, Çin məsuliyyətli böyük dövlət kimi beynəlxalq öhdəliklərini yerinə yetirməkdə həmişə nümunə olub”, – o vurğulayıb.
Qeyd edək ki, Tramp ötən gün “Touska” adlı yük gəmisinin Çindən “hədiyyə” daşıdığını bildirərək Pekini razılaşmalara əməl etməməkdə ittiham edib.