Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz


Qərb tabloidlərinin “pandemiyanı əvvəlcədən görən cadugər” adlandırdığı astroloq Cessika Adams yeni qalmaqallı proqnozla çıxış edib.

Turkustan.az xəbər verir ki, o, dünyada mövcud dövlət sərhədlərinin yaxın həftələr və aylarda ciddi dəyişikliklərə məruz qala biləcəyini bildirib.

Adamsın sözlərinə görə, dünya xəritəsi gözlənilmədən yenidən çəkiləcək və bu proses tək bir hadisə ilə məhdudlaşmayacaq, 2033-cü ilə qədər dalğavari şəkildə davam edəcək.

Onun iddiasına əsasən, əsas dəyişikliklər Ukrayna ətrafı regionlar, Yaxın Şərq və Qəzza ilə qonşu ərazilərdə hiss olunacaq. Astroloq xüsusilə 2026-cı ilin yayını “kritik dönüş nöqtəsi” kimi xarakterizə edir.

“Biz xəritənin necə silkələndiyini görəcəyik. Amma bu son deyil. Əsl dəyişikliklər 2033-ə qədər davam edəcək”, - deyə Adams bildirib.

O, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı da proqnoz verərək, İsrail-HƏMAS müharibəsinin mərhələli şəkildə bitəcəyini, tam sakitlik hissinin isə yalnız 2026-cı ilin iyulunda yarana biləcəyini iddia edib.

Adamsın bu açıqlamaları ilk dəfə deyil ki, mediada müzakirə doğurur. O, daha əvvəl 2016-cı ildə Donald Trampın qələbəsini “öncədən gördüyünü” və COVID-19 pandemiyası ilə bağlı xəbərdarlıq etdiyini iddia etmişdi. Lakin skeptiklər onun proqnozlarının çox ümumi və müxtəlif hadisələrə uyğunlaşdırıla biləcək qədər qeyri-müəyyən olduğunu bildirirlər./publika.az


MANŞET XƏBƏRLƏRİ