Rəcəb Tayyib Ərdoğan prezident Sarayında NATO-nun baş katibi Mark Rutte ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, təxminən 1,5 saat davam edən görüşdə regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə Hakan Fidan, Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Mark Rutte Prezident Ərdoğanla görüşdən əvvəl Hakan Fidan ilə də ayrıca görüş keçirib. NATO baş katibi Ankaradakı səfəri çərçivəsində ASELSAN müəssisəsini ziyarət edib və burada açıqlamalar verib.
Rutte çıxışında müdafiə sənayesində istehsalın əhəmiyyətini vurğulayaraq bildirib: “Daha yaxşı və daha çox iş görməliyik. Türkiyənin bu sahədə gördüyü işlərdən öyrənəcəyimiz çox şey var. Bu, təhlükəli bir dünyada yaşadığımız üçün vacibdir.”
Aytən Yaşar/ Turkustan.az