2021-ci ildə Cənubi Koreya-da iki F-15K qırıcı təyyarəsi arasında havada baş verən toqquşmanın səbəbinin pilotların foto və video çəkməyə cəhd etməsi olduğu məlum olub.
Turkustan.az xəbər verir ki, toqquşma nəticəsində təxminən 880 milyon von (təxminən 600.000 dollar) məbləğində ziyan dəyib.
Seul Müşahidə Şurasının açıqladığı hesabata görə, Daequ üzərində missiya uçuşu həyata keçirən iki F-15K təyyarəsi pilotların şəxsi mobil telefonları ilə çəkiliş aparması zamanı qəzaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin təyyarələrə ciddi maddi ziyan dəyib.
Araşdırmalar göstərib ki, qəzaya səbəb olan pilot bölməsi ilə son uçuşunu əbədiləşdirmək üçün foto çəkmək istəyib və bu niyyətini uçuşdan əvvəl keçirilən brifinqdə də bildirib.
Hesabatda qeyd olunur ki, vacib uçuşların foto və video çəkilişini aparmaq həmin dövrdə pilotlar arasında kifayət qədər yayılmış bir təcrübə idi.
Aytən Yaşar/ Turkustan.az