Paşinyan Annaya görə məhkəməyə müraciət etdi


Ermənistan Baş naziri Nikol Paşinyan “xəyanət” iddiaları ilə bağlı yazıya görə “Hraparak” nəşrinə qarşı məhkəmə qərarından apelyasiya şikayəti verib.

Turkustan.az xəbər verir ki, Paşinyan ötən il qaldırdığı iddiada qəzetin “Paşinyan arvadına xəyanət edirmi?” başlıqlı məqaləsində yayılan məlumatların böhtan xarakterli olduğunu bildirib. O, qəzetdən 2600 dollar təzminat və bütün platformalarda müddətsiz təkzib tələb edib.
Mart ayında birinci instansiya məhkəməsi "Hraparak"a yayılan məlumatı geri götürməyi tapşırsa da, maddi təzminat tələbi təmin olunmayıb.

Baş nazir bu qərarla razılaşmayaraq apelyasiya instansiyasına müraciət edib./modern.az


MANŞET XƏBƏRLƏRİ