ABŞ-dən SENSASİON Zəngəzur və seçki XƏBƏRDARLIĞI


ABŞ senatorları Cin Şahin və Tom Tillis "Meta" və "Alphabet" şirkətlərinə rəsmi məktub ünvanlayaraq, Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi barədə xəbərdarlıq ediblər. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Senatorlar bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir. Məktubda bu seçkilərin regional sülh və "Tramp Marşrutu" layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb edilib. Sözügedən platformalar ABŞ-nin yurisdiksiyasında olduğu üçün senatorlar hesab edirlər ki, şirkətlər Rusiyanın Ermənistanın suveren qərarlarına müdaxiləsinə imkan verməmək üçün ikiqat məsuliyyət daşıyırlar.
Rusiyanın seçkilərə müdaxilə imkanları hansı səviyyədədir? Dəhlizlə bağlı nə kimi risklər var?

Zəngəzur dəhlizi: Rusiya daha əsəbidir, Çin və Türkiyə gözləmə  mövqeyindədir - DETALLAR | KONKRET

Deputat Elşad Musayev Ermənistanda seçkilərə müdaxiləni istisna etmir. Onun sözlərinə görə, hətta bundan əvvəl Rusiyanın ABŞ-də keçirilən prezident seçkilərinə hibrid hücumlar və sosial şəbəkə üzərindən həmləsi haqda iddialar səslənmişdi. "Ermənistanda isə Rusiyanın təsiri daha çoxdur deyə seçkilər yaxınlaşdıqca müəyyən informativ əməliyyatlar mümkündür. Müxalifət də Rusiyayönümlüdür və bu siyasi qüvvədən istifadə olunur. Ancaq Qərb boş dayanmayıb və Ermənistan hakimiyyətinə hibrid təhdidlərə qarşı mübarizə adı altında dəstək verir. Belə desək, bu seçkilərdə Qərblə Rusiyanın növbəti rəqabətinə şahid olacağıq".
Amma deputat bütün hallarda Paşinyanın qələbə çalacağına inanır. Onun fikrincə, erməni cəmiyyəti ona alternativ görmür: "Əgət Paşinyandan daha yaxşı namizəd olsaydı, bu haqda düşünmək olardı. Odur ki, hazırkı siyasi hakimiyyətlə davam edəcəklər. Sadəcə, gərgin seçkilər olacaq və kənar müdaxilələr, təzyiqlər güclənəcək. Amma ermənilər başa düşür ki, Paşinyan sülh, rifah, Avropaya açılım və Türkiyə ilə gediş-gəliş vəd edir. Müxalifət isə yenidən Rusiyanın orbitinə qayıtmaq platformasını təqdim edir".

Zəngəzur dəhlizinə gəlincə, E.Musayev hesab edir ki, İran münaqişəsinin hazırkı nəticələri belə qənaət formalaşdırıb: “Guya SEPAH dəhlizin açılmasına əngəl olacaq, Rusiya da dəstəyi artıracaq və beləliklə, “Tramp yolu” layihəsi reallaşmayacaq. Mən belə düşünmürəm və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru yolun təmin olunacağına əminəm. Bu, Azərbaycanın haqqı və tələbidir, Ermənistan qol çəkdiyi sənədlərdə öhdəliklər götürüb. İkincisi, bu layihə Orta dəhlizin bir parçasıdır və açılması bəlkə ləngiyə bilər, amma həyata keçəcək”. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ