Tanınmış türk aktyor Kadir İnanır 77 yaşında İstanbulda sətəlcəm səbəbindən müalicə aldığı xəstəxanada vəfat edib.
Turkustan.az xəbər verir ki, məşhur sənətçi 14 may tarixində ağciyər infeksiyası nəticəsində yaranan sətəlcəm diaqnozu ilə təcili olaraq xəstəxanaya yerləşdirilmişdi. Vəziyyətinin ağırlaşması səbəbindən o, 6 gün əvvəl reanimasiya şöbəsinə köçürülmüş və tənəffüs çatışmazlığı artdığı üçün həkimlər tərəfindən intubasiya edilmişdi.
Xəstəxanadan verilən məlumata görə, aparılan intensiv müalicə və bütün tibbi müdaxilələrə baxmayaraq, Kadir İnanır çoxsaylı orqan çatışmazlığı və tənəffüs çatışmazlığı səbəbindən həyatını itirib.


Aytən Yaşar/ Turkustan.az