Paşinyan Aİİ-dən çıxacaqlarının anonsunu verdi


Ermənistan hökumətinin iyunun 27-dı keçirilən iclasında ölkənin geosiyasi kursunda növbəti dönüşün siqnalı kimi qiymətləndirilir. Rəsmi İrəvan faktiki olaraq Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşma ssenarisini işə salıb. Bu proses Ermənistanın daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini mərhələli şəkildə dondurmasına bənzəyir.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası yazır.
Picture backgroundBaş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Aİİ-ni tərk etmir, əksinə, İttifaqın özü Ermənistandan uzaqlaşır və bunun doğurduğu problemlərə görə məsuliyyət biznes dairələrinin üzərinə düşür. "Partnyorlarımızın mənim iştirak etmədiyim vaxt qəbul etdikləri bəyanatla bağlı suallarım var və bunun praktikada nə demək olduğunu anlamalıyıq. Avrasiya İqtisadi İttifaqının istənilən üzvü digər üzvə münasibətdə belə qərarlar qəbul edib bir günün içində onları tətbiq edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər cavab 'bəli'dirsə, deməli, Aİİ özünü ləğv etdiyini elan edir", – deyə Paşinyan bildirib.
Politoloq Beniamin Matevosiyanın şərhinə görə, Paşinyan bu açıqlama ilə Ermənistanın iqtisadi problemlərinə görə məsuliyyəti Aİİ tərəfdaşlarının üzərinə yönəldir. “Paşinyan İttifaqın "özünü ləğv etdiyini" iddia etməklə, yaranmış vəziyyətin səbəblərini Ermənistan hakimiyyətinin xarici siyasətində deyil, təşkilatın özündə axtarmağa çalışır. Baş nazir çıxışında bildirib ki, Ermənistan məhsullarının nümunələri artıq 16 müxtəlif istiqamət üzrə yeni bazarlara göndərilib və bundan sonrakı nəticəni bazar müəyyən edəcək. Bu fikirlər dövlətin yerli istehsalçılar qarşısındakı məsuliyyətindən geri çəkilməsi kimi qiymətləndirilir. Baş nazir sahibkarları əvvəlki bazarlarını itirdikləri bir vaxtda yeni ixrac istiqamətlərini öz gücləri hesabına tapmağa çağırır. Halbuki həmin bazarların itirilməsi hökumətin yürüdüyü siyasi kursla əlaqəlidirr” deyə, politoloq bildirib.
Baş nazir daha sonra üzümçülük sahəsində saxtakarlıqlara son qoyulacağını bildirib. "Ermənistanda artıq üzüm tədarükü ilə bağlı saxta rəqəmlər olmayacaq. Biz artıq dil tökməklə işləməyəcəyik", Paşinyan vurğulayıb. Bu bəyanat da Ermənistanın ixrac problemlərinə görə məsuliyyətin sahibkarların üzərinə qoyulması kimi qiymətləndirilir. Baş nazir faktiki olaraq Rusiya bazarının bağlanmasını məhsulların keyfiyyəti və istehsalçılar tərəfindən yol verilən saxtakarlıqlarla əlaqələndirir.
Politoloq həmçinin bildirilib ki, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti Ermənistanın əsas iqtisadi tərəfdaşları ilə münasibətlərinə mənfi təsir göstərir. Müəllif hesab edir ki, baş nazir daxili auditoriya qarşısında məsuliyyəti sahibkarların üzərinə atmağa çalışsa da, bu addımların ölkə iqtisadiyyatı üçün yaratdığı riskləri gizlətmək mümkün olmayacaq.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ