Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 920-yə, yaralananların sayı isə 3360-a çatıb.
Turkustan.az xəbər verir ki, CNN-nin yaydığı məlumata görə, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında azı 172 nəfərin qaldığı ehtimal edilir.
Zəlzələlər nəticəsində azı 383 yaşayış binası, 13 xəstəxana, 25 ticarət mərkəzi və 1000-dən çox digər tikiliyə ziyan dəyib.
Aytən Yaşar/ Turkustan.az