İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ı danışıqlar və atəşkəs prinsiplərini pozmaqda ittiham edib.
Turkustan.az xəbər verir ki, bildirib ki, Vaşinqton danışıqların davam etdiyi vaxt yenidən İrana hücum edib və bunun atəşkəsə zidd addım olduğunu vurğulayıb.
ABŞ ordusunun Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran hədəflərinə zərbələr endirməsi Tehranın sərt reaksiyasına səbəb olub. Sosial media hesabında paylaşım edən Əzizi bildirib ki, ABŞ prezidenti danışıqlar və atəşkəs öhdəliklərinə sadiqlik nümayiş etdirməyib.
ABŞ administrasiyasına xəbərdarlıq edən Əzizi deyib: "Atəşkəsin bu cür ehtiyatsız şəkildə pozulması, həmişə olduğu kimi, onların geri çəkilməsinə və peşman olmasına səbəb olacaq". O əlavə edib ki, ABŞ-ın İranı günahlandırmaq cəhdləri artıq nəticə vermir.
Aytən Yaşar/ Turkustan.az