İran ABŞ-ın ölkənin cənub sahili boyunca müxtəlif bölgələrə zərbələr endirdiyini və bunun müharibəyə son qoyan razılaşmanın pozulması olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Tehran cavab olaraq ABŞ qüvvələri ilə əlaqəli bəzi hədəflərə qarşı müdafiə xarakterli hücumlar həyata keçirdiyini açıqlayıb.
İran körfəzin cənub sahilində yerləşən ölkələrə də müraciət edərək, ərazilərinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməsinə icazə verməməyə çağırıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkənin cənub sahili boyunca, xüsusilə Sirik şəhərinə endirdiyi zərbələri qətiyyətlə pisləyib.
Aytən Yaşar/ Turkustan.az