Meksikada bir musiqi müəllimi beyin əməliyyatı keçirərkən 4 saat gitara çalıb. Bu üsul sayəsində əməliyyat zamanı xəstənin danışma və eşitmə kimi funksiyaları anında müşahidə oluna bilib.
Turkustan.azxəbər verir ki, Meksikanın Nayarit əyalətinin Tepic şəhərində beyin şişi səbəbindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi üzərində aparılan əməliyyat zamanı 4 saat gitara çalıb. Cərrah əməliyyat zamanı xəstənin şüurlu olması lazım olduğunu bildirdikdə müəllimin əməliyyat zamanı nitq və eşitmə kimi funksiyalarının anında izlənilə bilməsi üçün gitara çalmağa üstünlük verdiyi bildirilib.
Əməliyyatı həyata keçirən cərrah Celia Teresa Alvarez xəstəsinin əməliyyat zamanı heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirə bildiyini bildirib.
Eltac/Turkustan.az