ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə mətbuata açıqlamalar verib və Ukraynaya yeni silah göndəriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti bəyan edib ki, Rusiya ilə 50 gün ərzində razılaşma əldə olunmasa, ikinci dərəcəli gömrük rüsumları (sanksiyaları) tətbiq olunacaq.
CBS telekanalının məlumatına görə, yüksək rütbəli Rusiya rəsmiləri Donald Trampın Rusiyanın ticarət tərəfdaşlarına tariflər tətbiq etməsinin qəbuledilməz olacağını bildiriblər.
NATO-nun baş katibi Mark Rutte isə Rusiyanın ticarət tərəfdaşları olan Çin, Braziliya və Hindistanın ikinci dərəcəli sanksiyalara məruz qala biləcəyinə və ciddi təsirlərə məruz qala biləcəyinə işarə edib. Rutte bəyan edib ki, Pekin, Yeni Dehli və Braziliya hökumətləri Vladimir Putinə zəng etməlidirlər.
İkinci dərəcəli sanksiyalar sanksiyaya məruz qalan əsas ölkə ilə əlaqələri olan digər ölkələrə də təsir edən sanksiyalar növü kimi tanınır.
Aytən Yaşar/ Turkustan.az