Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş vermiş faciə nəticəsində həlak olanlara daha bir detal məlum olub.
Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, əyləncə qurğusunun trosunun qırılması nəticəsində ölən 27 yaşlı Ucal Bayramov DOST Agentliyinin əməkdaşı olub.

xxx
Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub.
Turkustan.az "Report"a istinadən xəbər verir ki, qurğunun trosunun qırılması zamanı həlak olanlardan biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur.
Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.
Həlak olan şəxsin fotosunu təqdim edirik:

xxx
"Şəki yaylası"nda əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində iki nəfər həlak olub.
Əsəbi zəif olanlar izləməsinlər: