Rusiyanın Kiyevə hücumu: 300-ə yaxın obyekt zərər gördü


Kiyevdə 24 mayda Rusiyanın genişmiqyaslı hücumu nəticəsində təxminən 300 obyekt, o cümlədən təxminən 150 yaşayış binası zərər görüb.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, dünənki Rusiya hücumlarının nəticələrinin aradan qaldırılması üçün paytaxtın Şevçenkivski və Podolski rayonlarında işlər aparılır. Dövlət Fövqəladə Hallar Xidmətinin təxminən 100 əməkdaşı işə cəlb olunub.Kiyevdə ümumilikdə 300- ə yaxın obyektə ziyan dəyib . Onların əksəriyyəti yaşayış binaları olub - dünən gün ərzində təxminən 150 özəl və çoxmərtəbəli binada müxtəlif dərəcəli ziyan barədə məlumatlar daxil olub

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ