İran xarici işlər naziri Arakçinin viza problemləri səbəbindən ABŞ-da keçiriləcək BMT iclasına qatıla bilməyəcəyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Nümayəndəliyinin sözçüsü İsmayıl Bekayi, İran xarici işlər naziri Abbas Arağçının ABŞ viza problemi səbəbindən Birləşmiş Millətlər Təşkilatının iclasında iştirak edə bilməyəcəyini açıqladı.
Bekayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İran xarici işlər naziri Abbas Əraqçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclası üçün ABŞ-a səfər edəcəyi ilə bağlı açıqlaması xatırladıldıqda, Bekayi səfərin ABŞ vizası problemi səbəbindən ləğv edildiyini və Əraqçinin hazırkı şərtlər daxilində ABŞ-a getməyəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az