Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə yerləşən hərbi sənaye obyektlərinə, qərar qəbuletmə və komandanlıq mərkəzlərinə qarşı sistematik hücumlar həyata keçirəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirliyin bəyanatında Ukrayna ordusunun mayın 22-də Luqansk vilayətinin Starobelsk şəhərində yerləşən peşə kollecini pilotsuz uçuş aparatları ilə vurduğu xatırladılıb.
Açıqlamada qeyd olunub ki, sözügedən hücum “Kiyev rejiminin nasist və terrorçu mahiyyətini nümayiş etdirir”.
Rusiya XİN həmçinin Ukrayna və Qərb ölkələrini beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib.
Aytən Yaşar/ Turkustan.az