Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
Bu barədə AYNA-dan məlumat verilib.
Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” – “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” – “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.