CHP sədri Özgür Özəllə bağlı məhkəmə qərarından sonra Türkiyə Böyük Millət Məclisindəki ofisinin lövhəsində dəyişiklik edilib. “CHP sədri” yazısı “Qrup sədri” ifadəsi ilə əvəz olunub.
Turkustan.az xəbər verir ki, qərardan sonra Özəl yeni addım ataraq Parlamentdə Əmək Partiyasının (EMEP) lideri Seyit Aslanla görüş keçirib. Görüşlə bağlı yayılan mətbuat açıqlamasında onun haqqında “Cümhuriyyət Xalq Partiyasının lideri” ifadəsinin işlədilməsi diqqət çəkib.
Digər tərəfdən, CHP qurultayı işi ilə bağlı Ankara Regional Apellyasiya Məhkəməsinin qərarının partiya rəhbərliyinə çatdırılması və CHP qərargahının boşaldılması məqsədilə polis qrupları partiya binasına daxil olub.
Məlumata görə, Ankara Valiliyinin məhkəmə qərarının icrası ilə bağlı Ankara Polis İdarəsinə göstəriş verməsindən sonra polis əməkdaşları partiya nümayəndələri ilə danışıqlara başlayıblar.
CHP millət vəkili Murat Emir və digər partiya üzvləri ilə qərargahın bağçasında aparılan danışıqlardan sonra polis qrupları binaya daxil olmaq üçün hazırlıq görüb.
Aytən Yaşar/ Turkustan.az