Dəhşətli hadisə: Futbolçunu ildırım vurdu - FOTO


İndoneziyanın Bandunq şəhərində futbol matçı zamanı futbolçunu ildırım vurub. 34 yaşlı Septian Raharaca hadisədən sonra dünyasını dəyişib.

Turkustan.az xəbər verir ki, İndoneziyanın Bandunq şəhərindəki Silivangi stadionunda oynanan futbol matçı zamanı futbolçunu ildırım vurması nəticəsində dünyasını dəyişib.

Dəhşətli insident Bandunq şəhəri ilə FTB Subang arasında keçirilən yoldaşlıq oyunu zamanı baş verib.

Qeydə alınan görüntülərdə ildırım vuran Raharacanın yerə yıxılaraq ayağa qalxa bilməyəcəyi görülüb.

Eltac Zülfüqaroğlu/Turksutan.az


MANŞET XƏBƏRLƏRİ