Gəncədə oksigen balonu yandı: xəstələr təxliyə olunur


Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Abbas Səhət adına 1 saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemələrə yol açıb.

Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülürlər.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Hazırda Abbas Səhət adına Xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.


MANŞET XƏBƏRLƏRİ