ABŞ və İsrail təxminən bir il əvvəl keçirilən hərbi təlimdə İrana hücum planını hazırlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadən məlumat yayıb.
CNN isə xəbər verir ki, ABŞ-ın 6 ədəd "B-2" bombardmançı təyyarəsi İranın Fordo nüvə obyektinə 12 ədəd "GBU-57" bunker partladıcı bombası atıb.
Dəniz donanmasının sualtı gəmiləri Natanz və İsfahana 30 ədəd "Tomahawk" raketləri buraxıb, əlavə olaraq bir "B-2" təyyarəsi Natanzda 2 bomba atıb.
"The New York Times" qəzeti yazır ki, bu "B-2" təyyarələri Missuridəki bazalarından fasiləsiz 37 saat uçuş edib. Məlumatda bildirilir ki, hər biri 13,600 kq çəkidə olan "GBU-57" bombaları dərin yeraltı bunkerləri dağıtmaq üçün nəzərdə tutulub və "B-2" bombardmançılarının maksimum yükdaşıma qabiliyyəti 18,144 kq təşkil edir.
İsrail isə ABŞ-ın hücumundan sonra hava məkanını bağlayıb və İrana hücumlarına davam edəcəyini bildirib. /musavat.com/